Simsar.az | bizi özünüzə Simsar bilin
ŞOK! Əfqan Həmzəyev hakimlikdən kənarlaşdırıldı

Ramin Musayev: "O, gələn mövsüm hakimlik etməyəcək"

Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev hakimlikdən kənarlaşdırılıb. Fanat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Musayev bildirib ki, Həmzəyevin gələn mövsümdən hakimlik etməyəcək. PFL prezidenti bunu Həmzəyevin idarəçiliyindən narazı olmaları ilə əsaslandırıb: "Mənim də, AFFA prezidentinin də azarkeşlik etdiyi komanda var. Amma biz bunu açıq şəkildə nümayiş etdirə bilmərik. Lakin Əfqan Həmzəyev "Neftçi"nin azarkeşi olduğunu hamının gözü qarşısında nümayiş etdirib. Ona görə də belə hərəkətinə görə cəzalanıb".

25 May, 2011  23:15 Baxılıb: 1584

Bu bölmədə