Simsar.az | bizi özünüzə Simsar bilin
Mikayıl Cabbarov əmr imzaladı-20 YANVARla bağlı

Təhsil naziri Mikayıl Cabbarov 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd ildönümün təhsil müəssisələrində qeyd edilməsidir.

Əmrə əsasən, 20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilməli, tədbirlər planına müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olan şəhidlərin xatirəsinə həsr olunan geniş tədbirlər həyata keçirilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

16 Yanvar, 2017  12:38 Baxılıb: 1525

Bu bölmədə