Bakıdakı 273 saylı məktəbdən oğurluq edilib
Bakı məktəblərindən birindən oğurluq edilib. Hadisə Qaradağ rayonunun Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər Emin Quliyev küçəsi 50 ünvanında yerləşən 273 saylı orta məktəbin plastik pəncərəsini sındıraraq içəriyə daxil olublar. Daha sonra məktəbin İnformatika fənni otağının qapılarını sındıraraq içəridən 5 ədəd monitor, 3 ədəd prosessor, 3 ədəd klaviatura və 1 ədəd noutbuk oğurlanıb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. (“Report”)
14 Yanvar, 2017 17:22 ⁄ Baxılıb: 1697
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |