Simsar.az | bizi özünüzə Simsar bilin
DİN-dən özünü polis idarəsindən atan qadınla bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi Lənkəran rayonunda polis idarəsindən özünü atan Yaqut Əliyevanın işgəncələrə məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib.Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Y.Əliyeva və digər 2 şəxs 2013-cü ildə törədilən ağır bir cinayətdə şübhəli biliniblər:“Rayonun Şürük kəndində yaşayan Fəxriyyə Hüseynovanın evinə qarət məqsədilə girilib, 9 min 100 manat və qızıl-zinət əşyaları aparılıb. Həmin qadının meyiti isə elektrik sobasının üzərindən tapılıb. Ölüm faktı ilə bağlı prokurluq və polis orqanlarında araşdırmalar davam etdirilib. Bu yaxınlarda hadisəni mərhum qadının qonşuları Yaqut Əliyeva, Elgün Həşimov və Xanım Həsənovanın törətməsi barədə əməliyyat məlumatı daxil olub. Hər üç şəxs polis və prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Onlar cinayəti törətdiklərini etiraf ediblər. Sonra isə polis idarəsinə köçürülüblər. İdarəyə gətiriləndə Yaqut Əliyeva polis əməkdaşından tualetə getmək üçün icazə istəyib. Sonra isə özünü tualetin pəncərəsindən yerə atıb. Qadın özü də ifadəsində saxlanıldıqdan sonra mərhumun yaxınlarından üzr istədiyini deyib. Əgər təzyiq olsaydı, hər üç şəxsə olardı. Yaqut Əliyevanın dedikləri əsassızdır. O, özünü ona görə aşağı atıb ki, ağır cinayət törətdiyi ifşa olunub. Bilib ki, qanuni cəzasını alacaq və ətrafı yanında rüsvay olacaq. Bütün bunlara baxmayaraq vətəndaş Yaqut Əliyevanın dedikləri Daxili İşlər Nazirliyi tərəfindən bir daha araşdırılacaq”.

13 Yanvar, 2017  18:39 Baxılıb: 1446

Bu bölmədə