Simsar.az | bizi özünüzə Simsar bilin
Gömrükdə külli miqdarda rus rublu aşkarlanıb

Gömrükdə külli miqdarda Rusiya rublu aşkar olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Samur” gömrük postunda Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilib, eləcə də vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməyib, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

13 Yanvar, 2017  14:49 Baxılıb: 1405

Bu bölmədə