Simsar.az | bizi özünüzə Simsar bilin
"Beşmərtəbə"dən Azərbaycan prospektinə avtomobil zolağı yaradılıb.

Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti istiqamətində avtomobillərin hərəkəti üçün yeni zolaq yaradılıb. Bu barədə “Trend”ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, hazırda həmin dəyişikliklə əlaqədar "Beşmərtəbə" dairəsində xronometraj aparılır: "Çox güman ki, bu özünü doğruldacaq. Bir neçə günlük xronometrajın nəticələrinə baxılacaq. Əgər bu, ərazidə sıxlığı aradan qaldırsa, həmin zolaq avtomobillərin daimi istifadəsinə veriləcək”.

Bölmə rəisinin sözlərinə görə, ərazidəki təhlükəsizlik zolağından Azərbaycan prospekti istiqamətində hərəkətdə olan avtomobillər üçün bir zolağın açılmasında məqsəd təhlükəsizliyi təmin etmək, sıxlığın qarşısını almaqdır.

12 Yanvar, 2017  15:57 Baxılıb: 1383

Bu bölmədə