Simsar.az | bizi özünüzə Simsar bilin
Yeni formatda ilk hərrac keçirildi-Dollar bahalaşdı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilib və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1,7867 səviyyəsində formalaşıb.

Qeyd edək ki, AMB dolların bu günə olan rəsmi məzənnəsini 1,7742 manat səviyyəsində müəyyənləşdirib. Beləliklə, dollar bugünkü hərracda 0,7% bahalaşıb.

12 Yanvar, 2017  14:45 Baxılıb: 1408

Bu bölmədə