Simsar.az | bizi özünüzə Simsar bilin
İstanbul-Bakı aviareysi havaya görə təxirə düşdü

Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 10-da “Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda bildirilib. Təxirə salınan aviareyslər İstanbulun Atatürk hava limanından saat 01:50-də və 05:40-da yerinə yetirilməli olan və Bakıdan İstanbula saat 04:45-də və 07:50-də həyata keçirilməsi gözlənilən aviareyslər olub.

Qeyd edək ki, “Türk Hava Yolları” ümumilikdə bu günə olan 121 aviareysi təxirə salıb.

10 Yanvar, 2017  12:38 Baxılıb: 1351

Bu bölmədə