Simsar.az | bizi özünüzə Simsar bilin
30 min manatlıq qızıl oğurlandı

Bakıda mənzildən 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini 1972-ci il təvəllüdlü Kərimova Tünzalə İsrail qızına məxsus Məmmədəli Şərifli küçəsi ev 24/25 mənzil 26 ünvanında oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus mənzildən 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

10 Yanvar, 2017  12:06 Baxılıb: 1381

Bu bölmədə