Simsar.az | bizi özünüzə Simsar bilin
Neftçilər və Nobel prospektlərinin kəsişməsindəki dəmir yolu relsi sökülüb.

İstirahət günlərində Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən daha bir dəmir yolu relsi sökülüb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, bununla da həmin hissədə sökülən relslərin sayı 2-ə çatıb.

Qurum tərəfindən aparılan işlər zamanı istifadəsiz qatar relsləri sökülərək, yeri kipləşdirilib. Daha sonra həmin hissələr asfaltlanıb. Qatar relsləri şəhərin mərkəzində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə sökülüb.

9 Yanvar, 2017  16:48 Baxılıb: 1392

Bu bölmədə