Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya kubokunu ÇSKA qazandı

"Alaniya" finalda uduzdu, Avropa Liqasına "bilet aldı"

Rusiya Kubokunun yeni sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, dünən keçirilən final oyununda Moskva ÇSKA-sı "Alaniya" ilə qarşılaşıb.
Hesabı 13-cü dəqiqədə ÇSKA-dan Seydu Doumbiya açıb. 10 dəqiqə sonra "Alaniya" Danilo Montekino Nekonun qolu ilə tarazlığı bərpa edib. 69-cu dəqiqədə dublunu rəsmiləşdirən Doumbiya ÇSKA-nı Rusiya Kubokunun qalibi edib.
Bu ÇSKA-nın Rusiya Kubokundakı 6-cı uğuru olub. Moskva klubu bundan əvvəd 2002, 2005, 2006, 2008 və 2009-cu illərdə kuboku başı üzərinə qaldırmışdı.
ÇSKA bu mövsüm Rusiyanı Çempionlar Liqasında təmsil edəcəyindən "Alaniya" Avropa Liqasına vəsiqə qazanıb.

23 May, 2011  20:07 Baxılıb: 1193

Bu bölmədə