Simsar.az | bizi özünüzə Simsar bilin
18-ci dəfə çempion - "Fənərbaxça"

"Trabzonspor"-un duası qəbul edilmədi

Türkiyə Superliqasının 53-cü çempionu "Fənərbaxça" olub. Fanat.az xəbər verir ki, 79 xala malik olan Fənərbaxça və Trabzonspor mövsümün son oyunlarına çıxıb.
Çempionluq "Sivasspor" - "Fənərbaxça" və "Karabükspor" - "Trabzonspor" matçından sonra dəqiqləşib. Çempionluğa namizəd komandaların gözləri öz matçlarında, qulaqları isə rəqiblərin mübarizəsində olub.
Belə ki, "Fənərbaxça" rəqibini 3:4 hesabıyla yenərək, 18-ci çempionluğunu rəsmiləşdirib. 4:0 hesablı qələbəyə sevinən "Trabzonspor" isə dünən "Fənərbaxça"nın qələbə qazanmaması üçün dua etsə də, duaları qəbul olmayıb. 2005-2006 və keçən il son həftədə məyus olan "Fənərbaxça" bu dəfə eyni səhvə yol verməyib. "Trabzonspor"in isə 27 illik həsrətə son qoyaraq kuboku başı üzərinə qaldırmaq istəyi puça çıxıb.

Türkiyə Superliqası
XXXIII tur

20 may

Qalatasaray - Konyaspor 2:0
Qollar: Kazım, 11, Kulio, 15

İstanbul BB - Manisaspor 0:0

21 may

Ankaragücü - Antalyaspor 2:3
Qollar: Raynoç, 47, Bednar, 56 - Tita, 3, Necati Ateş, 14; 44 (pen)

Bucaspor - Kayserispor 3:3
Qollar: Viktor Mendi, 15, Özgən, 50, İncəbacak, 58 - Boyraz, 8, Santana, 12, Morits, 80

Qaziantepspor - Beşiktaş 0:0

Bursaspor - Gənclərbirliyi 1:0
Qol: Volkan Şən, 32

22 may

Əskişəhərspor - Kasımpaşa 4:0
Qollar: Özbayraktar, 5; 80; 85, Dieqo, 60

Karabükspor - Trabzonspor 0:4
Qollar: Egəmən Korkmaz, 18. Jaja, 57. Umut Bulut, 60; 73

Sivasspor - Fənərbağça 2:4
Qollar: Yakub Navratil, 20. Ərman Kılıç, 65; 90 - Santos, 6., Səlçuk Şahin, 41. Aleks, 51. Yozef Yobo, 67

23 May, 2011  16:27 Baxılıb: 1221

Bu bölmədə