Simsar.az | bizi özünüzə Simsar bilin
Abramoviç yenə od püskürdü

O növbəti baş məşqçini qovdu

İngiltərənin “Çelsi” futbol klubu baş məşqçi Karlo Ançelottini istefaya göndərib.

Simsar.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klubun sahibi Roman Abramoviç və rəhbərlik italiyalı mütəxəssisə 2009-cu ilin iyulundan gördüyü işin qarşılığında minnətdarlıq edib. 

Ançelotti ilk mövsümündə İngiltərə çempionluğunu və kubokunu qazansa da, bu mövsüm komandanın çıxışı ümidləri doğrultmayıb. Ona görə də “zadəganlar” növbəti mövsümə hazırlıq öncəsi dəyişikliyə qərar verib. Baş məşqçi ilə müqavilə vaxtından bir il əvvəl pozulub. Ançelottini kimin əvəzləyəcəyi bilinmir.

Qeyd edək ki, Roman Abramoviç yeni oyunçuların alınmasına 80 milyon funt ayırmaq niyyətindədir. O, komandanın “seksual oyun” sərgiləməsini istəyir.

23 May, 2011  16:04 Baxılıb: 1256

Bu bölmədə