Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan əsgəri şəhid oldu

Düşmən onu boğazından vurub

Simsar.az-ın məlumatına görə, erməni hərbi birləşmələrinin cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Milli Ordunun əsgəri Fərəcov Fərid Vidadi oğlu şəhid olub. Snayper atəşi nəticəsində boğaz nahiyəsində yaralanan F.Fərəcov hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Fərid Fərəcov Şuşa Rayon Hərbi Komissarlığından iyul ayında hərbi xidmətə çağırılıb.

23 May, 2011  15:53 Baxılıb: 1285

Bu bölmədə