Simsar.az | bizi özünüzə Simsar bilin
DÜNYA YENİDƏN DƏHŞƏTLİ VULKAN XOFU İÇİNDƏ - FOTO

İslandiyanın ən aktiv vulkanı ayılır 

İslandiya Meteorologiya Təşkilatı, Grimsvöth Yanardağının fəaliyyətə keçdiyini bildirərkən, yerli mətbuat vulkandan duman çıxdığının görüntülərini yayıb. Grimsvöth ölkənin cənub-şərqindəki insanların yaюşmadığı Vatnajokull buzlağının altında yerləşir. 

Yanardağ sonuncu dəfə 2004-cь ildə partlamışdı. Elm adamları yeni bir partlayış gözləyirdi və bunun ehtimalla çox qüvvətli olmayacağını bildirmişdilər.

Eyjafjallajokul vulkanının 2010-cu ilin aprelində partlaması nəticəsində atmosferə yayılan kül təbəqəsi bütün Avropada təyyarə qəzalarının artmasına səbəb olmuşdu.

Kül buludlarının Avropaya yayılması təyyarə mühərriklərində problem yaratmış və hava limanları 5 gün bağlı qalmışdı. Nəticədə təxminən 10 milyon sərnişin zərər çəkib. 


Anar

23 May, 2011  14:41 Baxılıb: 1160

Bu bölmədə