Simsar.az | bizi özünüzə Simsar bilin
Georgi Adamiya Gürcüstan yığmasında

"Qarabağ"ın 30 yaşlı futbolçusu ilk dəfə milli komandaya çağırıldı

"Qarabağ"ın futbolçusu Georgi Adamiya Gürcüstan yığmasına çağırılıb. Fanat.az xəbər verir ki, yığmanın baş məşqçisi Temur Ketsbaya Premyer Liqanın bombardirinə ilk dəfə dəvət göndərib.
Adamiya AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçiriləcək oyun üçün yığmaya cəlb olunmuş 30 futbolçudan biridi.
Qeyd edək ki, karyerası ərzində "VİT-Georgia", "Neftçi", "Bakı" və "Qarabağ"ın formasını geyinmiş Adamiya indiyədək Gürcüstan yığmasına çağırılmayıb. O, əvvəllər Gürcüstanın gənclər yığmasının formasını geyinib. Gürcüstan və Azərbaycan çempionu olmuş, Azərbaycan Kubokunu qazanmış 30 yaşlı yarımmüdafiəçi bu mövsüm vurduğu 18 qolla Premyer Liqanın bombardiri olub.

22 May, 2011  01:04 Baxılıb: 1164

Bu bölmədə