Simsar.az | bizi özünüzə Simsar bilin
Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri azadlıqda

Dominik Stross-Kan 1 milyon dollarından keçdi

ABŞ-ın Manhetten məhkəməsi Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross-Kanın azadlığa buraxılması barədə qərar verib. Lakin sabiq BVF direktorunu silahlı şəxs mühafizə edəcək. BBC-nin məlumatına görə, Dominik Stross-Kan 1 milyon dollarlıq cirov müqabilində həbsdən azad edilib.

Seksual xarakterli hərəkətlərdə ittiham edilən Dominik Stross-Kanın vəkilləri onun Manhettendə ev dustağı edilməsi barədə vəsatətlə çıxış ediblər. Vəkillər girov qismində pul da təklif ediblər və hakimə zaminlərin siyahısını veriblər.

Prokuror isə bildirib ki, toplanan dəlillər zərərçəkən qadının iddialarını təsdiqləyir. O xatırladığb ki, ABŞ və Fransa arasında ekstradisiya haqqında müqavilə yoxdur və Dominik Stross Kann girov müqabilində azadlığa buraxılsa, Birləşmiş Ştatları tərk edə bilər.

Beynəlxalq Valyuta Fondunun keçmiş direktoru məhkəməyə mühafizəçilərlə, amma qandalsız gətirilib. Bir sıra dünya agentlikləri, o cümlədən, “Reuters” Dominik Stross-Kanın arıqlaması barədə məlumatlar yayıb. RİA “Novosti”nin isə məlumatına görə, o, məhkəmə zalındakı həyat yoldaşı və qızına gülümsəyib. Məhkəmədə fasilə elan edildikdən sonra isə sabiq BVF rəhbəri ailəsinə öpüş göndərib.

Maliyyəçi və siyasətçi Dominik Stross-Kan mayın 14-də Nyu-Yorkda həbs edilib. O, “Sofitel” otelinin qulluqçusuna qarşı seksual hərəkətlərdə ittiham olunur.

20 May, 2011  16:16 Baxılıb: 1106

Bu bölmədə