Simsar.az | bizi özünüzə Simsar bilin
Rəsul Rzanın doğum günüdür

Şairin 101 yaşı oldu

Bu gün Azərbaycanın xalq şairi Rəsul Rzanın ad günüdür. O, 1910-cu il mayın 19-da Göyçayda anadan olub.

1927-1937 illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Zaqafqaziya Kommunist Universitetində, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Daha sonra Yazıçıları İttifaqının sədri, Kinematoqrafiya naziri, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. 
İlk şerlərindən müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb edən Rəsul Rza poeziyası intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri ilə seçilir
1981-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri Xiyabandadır.
Aynurə

19 May, 2011  20:39 Baxılıb: 1378

Bu bölmədə