Simsar.az | bizi özünüzə Simsar bilin
Atəşkəs pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Simsar.az-a verilən məlumata görə, düşmən hərbçilər mayın 18-də saat 17:50-dən 18:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 19:00-dan 19:20-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri saat 15:05-dən 15:32-dək və 15:45-dən 16:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:30-dan 20:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, mayın 19-da saat 00:50-dən 01:05-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

19 May, 2011  16:35 Baxılıb: 1245

Bu bölmədə