Simsar.az | bizi özünüzə Simsar bilin
Ruslan Abışov hansı kluba keçir?

Bundesliqa təmsilçisinin nümayəndəsi "Böyük oyun"u canlı izlədi
Alman klubu "Neftçi" ilə danışıqlara başlayır

Ruslan Abışovla maraqlanan alman klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, milli komandamızın üzvünü Almaniyanın "Köln" klubu heyətinə qatmaq istəyir.
"Köln" bu gün nümayəndəsini Bakıya göndərib. Belə ki, alman klubunun adından makedoniyalı menecer Fali Ramadanı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyununu canlı izləyib.
"Köln"ün sabahdan "Neftçi" ilə danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, Fali Ramadani məşhur futbolçu Zvjezdan Misimoviç və məşqçi Feliks Maqatın meneceridi.

19 May, 2011  16:25 Baxılıb: 1384

Bu bölmədə