Simsar.az | bizi özünüzə Simsar bilin
Daha bir hərbi komissar həbs edildi

Sumqayıt şəhərinin hərbi komissarı işində yol verdiyi nöqsanlara görə həbs edilib

Hüquq-mühafizə orqanlarından Simsar.az-a verilən məlumata görə, işində yol verdiyi nöqsanlara görə, S.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib.

S.Məmmədov barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanılıb.

S.Məmmədov barəsində cinayət işinin başlanması və istintaq aparılması xəbərini Bakı Hərbi Məhkəməsindən Simsar.az-a təsdiqləyiblər.

Qeyd edək ki, bundan əvvəl Bakının Binəqədi və Suraxanı rayonlarının hərbi komissarları da aparılan yoxlamalar nəticəsində həbs olunmuşdu. Sumqayıt hərbi komissarının həbs olunması barədə ilk xəbəri isə “Azadlıq” qəzeti yayıb.

19 May, 2011  15:56 Baxılıb: 1243

Bu bölmədə