Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər güllələndi

Qətlin biznes və kriminal fəaliyyətlə bağlıdır

Mayın 17-dən 18-ə keçən gecə Rusiyanın Tümen şəhərində Kuybışev küçəsindəki evdə 4 erməni güllələnib. 

Simsar.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, öldürülənlər 30-58 yaşlarında 2 qadın və 2 kişidir. Erməniləri yaşadıqları həyət evinə maskalı daxil olan 2 nəfər güllələyib. Hüquq-mühafizə orqanları qətlin biznes və kriminal fəaliyyətlə bağlı olduğunu bildirir. Çünki öldürülən ermənilərin 2-si əvvəllər oğurluq və dələduzluğa görə mühakimə olunub. Qətlin millətlərarası münasibətlər zəminində törədilməsi versiyası real sayılmır.

18 May, 2011  20:47 Baxılıb: 1425

Bu bölmədə