Simsar.az | bizi özünüzə Simsar bilin
Qaz sayğacını dəyişərkən partlayış oldu

Nəticədə ev sahibi yaralanıb

Mayın 17-də saat 10.40-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində partlayış hadisəsi baş verib. Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzillərin birində "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları Arif Əliyev və Knyaz Yusifov qaz sayğacını dəyişərkən qaz sızmasından partlayış olub.


Nəticədə dağıntı olmasa da, yanıq xəsarəti almış mənzilin sahibi Akif Bayramov xəstəxanaya aparılıb.

Hadisənin səbəbləri araşdırılır.

18 May, 2011  17:42 Baxılıb: 1217

Bu bölmədə