Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCAN ORDUSUNDA QANLI FACİƏ

Çavuş bir əsgəri öldürəndən sonra intihar edib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, hadisə Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Milli Ordunun kiçik çavuşu, 19 yaşlı Əliyev Elvin Əkbər oğlu əsgər yoldaşı, 19 yaşlı Abdullayev Tofiq Madar oğlunu avtomat silahla qətlə yetirib. Daha sonra E. Əliyev özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Hadisəni törədən E. Əliyev Ordubad, T. Abdullayev isə Şərur Rayon Hərbi komissarlıqlarından hərbi xidmətə çağırılıblar.

 

18 May, 2011  14:25 Baxılıb: 1536

Bu bölmədə