Simsar.az | bizi özünüzə Simsar bilin
"İnter" Rəşad Abdullayevi hədəfə alıb

Azərbaycan çempionu keçmiş komandasına qayıdacaq?

"Neftçi"nin futbolçusu Cavid Hüseynovu heyətinə qatmaq istəyən "İnter" çempion komandanın daha bir oyunçusuna elçi düşüb. Fanat.az xəbər verir ki, bank klubu Rəşad Abdullayevi heyətinə qatmaq istəyib.
"İnter" rəhbərliyi hətta Rəşadla danışıqlar da aparıb. Amma "Neftçi"də əsas heyət üzvü olan futbolçu Çempionlar Liqasında oynamaq istədiyini deyib və təklifdən imtina edib.
Qeyd edək ki, Rəşad "İnter" "Xəzər Universitet"i adlandırılan vaxt - 2003-2004 mövsümündə bu komandanın formasını geyib. 2004-cü ildə "Xəzər Lənkəran"a keçən və 5 il ərzində 155 oyun keçirib, 12 qola imza atan 29 yaşlı yarımmüdafiəçi 2009-cu ildən "Neftçi"də çıxış edir. 10 dəfə Azərbaycan yığmasına çağırılan futbolçu "Xəzər Lənkəran" və "Neftçi" ilə Azərbaycan çempionu olub, cənub klubunun heyətində "Birlik Kuboku"nu qazanıb."Futbol+"

18 May, 2011  03:32 Baxılıb: 1196

Bu bölmədə