Simsar.az | bizi özünüzə Simsar bilin
İSMAYIL ÖMƏROV TƏSDİQLƏMƏDİ

“Nə “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi müsabiqənin keçiriləcəyi məkan, nə də digər məsələlərlə konkret nəsə demək olar”

“Eurovision- 2012” Beynəlxalq Mahnı Müsabiqəsinə Azərbaycanın ev sahibliyi ediləcəyi faktı ətrafında müxtəlif informsiyalar yayılır. Belə xəbərlərdən birini Lent.az saytı yayıb. 

Sayt Azərbaycanda keçiriləcək “Eurovision” müsabiqəsi üçün yeni arena tikiləcəyini iddia edir.

Mənbə bildirib ki, bu məqsədlə Bayraq Meydanının yaxınlığında üstüörtülü arena inşa olunacaq. Arena idman və konsert tədbirləri üçün nəzərdə tutulacaq. Onun ən azı 20 min nəfərlik tamaşaçı tutumu olacaq.

Bu gün İctimai Teleradionun direktoru İsmayıl Ömərov keçirdiyi mətbuat konfransında bu məsələyə qismən də olsa aydınlıq gətirib. O, deyib: “Nə “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi müsabiqənin keçiriləcəyi məkan, nə də digər məsələlərlə konkret nəsə demək olar. Orada sadəcə ilkin məsləhətləşmələr aparılacaq. Amma əminəm ki, yarışmanın ən gözəl və təmtəraqlısı məhz Azərbaycanda keçiriləcək”.

Anar

17 May, 2011  20:29 Baxılıb: 1320

Bu bölmədə