Simsar.az | bizi özünüzə Simsar bilin
Qüdrət Həsənquliyev “Eurovision” qaliblərini bəyənmədi

" Onlar “bəli” söyləməməliydilər, Deməliydilər ki, ermənilər torpaqlarımızdan çıxsınlar, sonra”

Mayın 17-də Milli Məclisin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev “Eurovision” müsabiqəsində qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Simsar.az-ın məlumatına görə, o, daha sonra qaliblərə irad bildirərək deyib ki, onlar milli maraqlarımızdan da çıxış etməlidirlər: “Onlardan “Ermənistanda konsert verə bilərsinizmi” soruşanda “bəli” söyləməməliydilər. Deməliydilər ki, ermənilər torpaqlarımızdan çıxsınlar, sonra”.

Deputat son aylarda həbs olunan gənclərin azadlığa buraxılması təklifi ilə çıxış edib. O deyib ki, bununla Avropadan gələ biləcək tənqidlərin qarşısını almaq və onları susdurmaq olar.

17 May, 2011  19:42 Baxılıb: 1110

Bu bölmədə