Simsar.az | bizi özünüzə Simsar bilin
İbrahim Tatlısəs səhnəyə qayıtdı

İmperator bu gecə canlı yayımda olacaq

Martda silahlı hücum zamanı başından ağır güllə yarası alan və hazırda Almaniyada müalicəsini davam etdirən Türkiyənin tanınmış müğənnilərindən İbrahim Tatlısəs bu gecə canlı yayıma çıxacaq. 


Simsar.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, İbrahim Tatlısəs “Kral TV” musiqi mükafatlarının təqdimatı mərasimi zamanı telefonla sevənləri üçün sürpriz edəcək. Həmin mərasim “Kral TV” və daha 50 kanal vasitəsilə birbaşa nümayiş olunacaq. 


Hələ müalicəsini davam etdirən İbrahim Tatlısəs Türkiyəyə nə zaman dönəcəyini də bu gecə açıqlayacaq.

17 May, 2011  19:39 Baxılıb: 1233

Bu bölmədə