Qazax və Ağstafada pensiyaçıların sayı azalıb
Hər iki rayonda ümumən 27030 nəfər pensiya alır Cari ilin ötən düvründə Qazax rayonunda 67 nəfərə pensiya təyin olunub. Bu barədə Simsar.az-a Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin müdiri Azər Quliyev məlumat verib. Azər Quliyevin sözlərinə görə, hazırda rayon üzrə 14566 nəfər pensiyaçı qeydiyyatdadır. Ötən il isə bu rəqəm 14785 olub. Yəni pensiya alanların sayı 219 nəfər azalıb. Ağstafa rayonunda da pensiyaçıların sayında fərq yaranıb. Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin müdiri Oktay Məsmalıyevin Simsar.az-a açıqlamasına görə, cari ildə 111 nəfər ə pensiya təyin edilib və təqaüdçülərin sayı 12464 nəfərə çatıb. Ancaq bu say ötən ildən 122 nəfər azdır.
17 May, 2011 19:37 ⁄ Baxılıb: 1351
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |