Simsar.az | bizi özünüzə Simsar bilin
Çevik Polis Alayına komandir təyin olundu

Qeyri xəsmi yayılan xəbəri DİN təsdiq etdi

Daxili İşlər Nazirliyi Çevik Polis Alayına yeni komandir təyin edilməsi xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Daxili Qoşunların Qubada yerləşən “N” saylı hərbi hissəsinin komandiri Zaur Abdullayev Çevik Polis Alayına komandir vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə isə o, Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

DİN-in Çevik Polis Alayının komandiri Səhlab Bağırov isə tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

16 May, 2011  17:58 Baxılıb: 2773

Bu bölmədə