Simsar.az | bizi özünüzə Simsar bilin
İKi hərbiçimiz bədbəxt hadisənin qurbanı oldu

Onlardan birinin 34, o birinin 24 yaşı var

Azərbaycan Ordusunun iki hərbçisi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Simsar.az-ın məlumatına görə, hadisələrdən biri Şəmkir Hərbi Birləşməsinə məxsus hərbi hissələrdən birində qeydə alınıb. Milli Ordunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1977-ci il təvəllüdlü Seymur Sabir oğlu Qədirov ildırım vurması nəticəsində vəfat edib. 

Digər hadisə isə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Azərbaycan Ordusunun hərbçisi, 1987-ci il təvəllüdlü Osman Firdovsi oğlu Əliyev avtomobil qəzasına düşüb. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən hərbçilərimiz – S. Qədirov Kürdəmir, O. Əliyev isə Culfa Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

14 May, 2011  17:03 Baxılıb: 1228

Bu bölmədə