Simsar.az | bizi özünüzə Simsar bilin
Şamaxıya dolu düşdü

Evlərə və maşınlara ciddi ziyan dəyib

Şamaxı rayonuna güclü dolu düşüb. Şamaxı rayon icra hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov Simsar.az-ın Şirvan bürosuna bildirib ki, mayın 14-də gecə saat 00:45 radələrində Şamaxı şəhərinə və 14 kəndə diametri təxminən 6-7 santimetr olan dolu yağıb.

Dolu dənələri 8-10 dəqiqə ərzində bütün sosial obyektlərin və yaşayış evlərinin dam örtüyünü, pəncərələrini sındırıb, əkin sahələrini, meyvə bağlarını məhv edib, avtomobilləri deşik-deşik edib. Rayonun təsərrüfatına küllü miqdarda ziyan dəyib. Hadisə gecə baş verdiyi üçün ölən və xəsarət alan barədə hələlik məlumat yoxdur. Faktla bağlı rayon fövqəladə hallar komissiyası araşdırma aparır. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə rəsmi məlumat verilib.

14 May, 2011  15:15 Baxılıb: 1398

Bu bölmədə