Simsar.az | bizi özünüzə Simsar bilin
MƏLEYKƏ ABBASZADƏ MÜƏLLİMLƏRİ ADİLƏŞDİRDİ

TQDK sədri hesab edir ki, müəllimlik ixtisası xüsusi qabiliyyət tələb etmir

"Jurnalistika kütləvi ixtisasdır, müqayisə olunduqda, müəllimlik daha kütləvi ixtisasdır. Belə kütləvi ixtisaslar üçün də qabiliyyət imtahanının keçirilməsi tamamilə lüzumsuzdur. 


Bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.


Simsar.az-ın məlumatına görə, TQDK sədri deyib ki, müəllimlik ixtisasının xüsusi qabiliyyət tələb edən ixtisaslara aid edilməsi qeyri-mümkündü: "Belə yanaşma çox böyük subyektivliklərə yol aça bilər. Müəllimliyə qəbul olunmaq istəyən gənclər arasında kifayət qədər yüksək nəticə göstərənlər yoxdur. Əgər müəllim ixtisasına qəbul olunmaq istəyənlərin hamısı 500-dən yuxarı bal toplasaydı, onda onları psixoloji cəhətdən və digər meyarlar üzrə yoxlamaq olardı. İmtahanlarda 300 baldan yuxarı nəticə göstərənlər müəllimliyə qəbul oluna bilirlər".


Aynurə

13 May, 2011  18:12 Baxılıb: 1827

Bu bölmədə