Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistan Silahlı Qüvvələri Füzuli və Tərtəri atəşə tutub

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur

Ermənistan Silahlı qüvvələrinin bölmələri mayın 13-də saat 01.50-dən 02.15-dək, 02.20-dən 02.26-dək və 03.40-dan 03.45-dək Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.20-dən 02.30-dək və 04.55-dən 05.15-dək Tərtər rayonunun Çaylı, Seysulan və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

13 May, 2011  16:26 Baxılıb: 1245

Bu bölmədə