Simsar.az | bizi özünüzə Simsar bilin
Millimiz 10 nəfərlə 1 xal qazandı

U-17 liderliyini qorudu

Moldovanın Kişinyov şəhərində təşkil olunmuş "FA of Moldova Cup" turnirində çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. Fanat.az xəbər verir ki, yığmamızın bu dəfəki rəqibi Rumıniya millisi olub.
Təbriz Həsənovun rəhbərlik etdiyi komanda meydandan sülhlə ayrılıb. Oyun 0:0 hesabı ilə başa çatıb. Oyunun 48-ci dəqiqəsində Ruslan Nəsirli qırmızı vərəqə ilə cəzalandırıldığı üçün komandamız azlıqda qalıb.
Qeyd edək ki, yığmamız turnirdə ilk oyununu Litva millisinə qarşı keçirmiş və 2:1 hesabı ilə qalib gəlmişdi. Komandamız növbəti oyununu mayın 14-də Moldovaya qarşı keçirəcək.
Onu da nəzərinizə çatdıraq ki, U-17 aprel ayında Qazaxıstanın Astana şəhərində keçirilən "Prezident Kuboku"nun qalibi olub.

13 May, 2011  16:03 Baxılıb: 1297

Bu bölmədə