Simsar.az | bizi özünüzə Simsar bilin
Bahodir Nasimov "Neftçi"də qaldı

"Rubin" özbək forvardın transferinə razılıq verdi

"Neftçi" və Rusiyanın "Rubin" klubları arasında aparılan danışıqlar prosesi başa çatıb. Fanat.az xəbər verir ki, dünən ölkəmizə gələn "Rubin"in idman direktoru Muhsim Muhamadiyev "Neftçi" rəhbərliyi ilə Bahodir Nasimovun transferi müzakirə edilib.
"Rubin" rəsmisi "Neftçi"nin prezidenti Sadıq Sadıqovla görüşüb. Görüşdə tərəflər özbək forvardın Bakıda qalmasını müzakirə ediblər. "Neftçi"nin təklifini qəbul edən "Rubin" Nasimovun Bakı klubunda qalmasına razılıq verib. Yaxın günlərdə "Neftçi" Premyer Liqanın bombardiri ilə müqavilə bağlayacaq. "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov xəbəri təsdiqləyərək bildirib ki, Nasimovla bağlı mayın 20-dən klub rəsmi açıqlama verəcək.
Qeyd edək ki, "Rubin" ötən yay Nasimovu "Neftçi"yə bir illik icarəyə vermişdi.

12 May, 2011  21:42 Baxılıb: 1275

Bu bölmədə