Jurnalistlər üçün yeni lüğətin təqdimatı keçirildi
“Jurnalistin kitabxanası” seriyasından nəşrlər çap etdirmək nəzərdə tutulub. Bu gün Baş Prokurorluq, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Mətbuat Şurasının birgə təşəbbüsü ilə hazırlanan “Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin rəis müavini, mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, kitab Baş Prokurorluğun media təmsilçiləri üçün bu adda hazırladığı sayca ikinci nəşrdir: “Kitabda Azərbaycan Konstitusiyası, cinayət, cinayət-prosesual, əmək, mülki, inzibati xətalar məcəllələri yer alıb. Nəşrdə, həmçinin jurnalistlər üçün vacib sayıla biləcək qanunlar da öz əksini tapıb. Bununla yanaşı, mətbuatda dərc olunan yazılarda hüquqi terminlərdən istifadə zamanı yol verilən bəzi səhvlər də ümumi olaraq göstərilib”.
12 May, 2011 20:05 ⁄ Baxılıb: 1194
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |