Simsar.az | bizi özünüzə Simsar bilin
Hacıqabulda vulkan püskürüb

Hacıqabul rayonu ərazisindəki Harami dağında vulkan püskürüb

Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul şöbəsinin rəisi İlqar Namazov məlumat verib. Məlumatda bildirilir ki, bu gün saat 8.30 radələrində Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndinin ərazisinə yaxın Harami dağının (Böyük Hərami silsiləsi) zirvəsində 30-50 metr hündürlüyündə alovla müşayiət olunan palçıq vulkanı püskürüb. 

Fasilələrlə 30 dəqiqədən çox püskürən vulkanı 70-80 kilometr məsafədən seyr etmək mümkün olub.

Vulkan Hacıqabul rayonu və Şirvan şəhərindən də müşahidə edilib.

12 May, 2011  19:56 Baxılıb: 1445

Bu bölmədə