Simsar.az | bizi özünüzə Simsar bilin
Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salındı

Hacıyevin vəkili Elçin Namazov məlumat verib

Gəncə Şəhər Nizami Rayon Məhkəməsində keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Bu barədə APA-ya B. Hacıyevin vəkili Elçin Namazov məlumat verib. O, prosesin təxirə salınmasının səbəbini hələ ki, öyrənə bilmədiyin deyib: “İndi çalışıram öyrənim ki, proses nə vaxt davam etdiriləcək”.

Qeyd edək ki, bu gün B. Hacıyevə hökm oxunacağı gözlənilirdi.

Bu il martın 4-də Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə B. Hacıyev barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Mayın 10-da keçirilən məhkəmə prosesində dövlət ittihamçısı B. Hacıyevin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

12 May, 2011  02:47 Baxılıb: 1159

Bu bölmədə