Simsar.az | bizi özünüzə Simsar bilin
“Diplomumuzu verin!”

BDU-da təhsil alanlar Prezident Admnstrasiyası qarşısında aksiya keçirib

Təhsil Nazirliyinin əmri ilə qapadılan Azərbaycan Beynəlxalq Universitetində təhsil alan tələbələri hələ də problemlərini həll edə bilmirlər. 

ABU-nun keçmiş tələbələri və onların valideynləri bu gün günorta radələrində Prezident Administrasiyasının qarşısında toplaşaraq aksiya keçiriblər.


Simsar.az saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, etirazçılar tələbələrə həqiqətən də universitetdə oxuduqlarını və oaran bitirdiklərini göstərən diplomların verilməsinitələb ediblər.

Prezident Administrasiyasının nümayəndələri aksiya iştirakçıları ilə görüşərək, məsələnin araşdırılacağına söz veriblər.

Anar

11 May, 2011  20:15 Baxılıb: 1170

Bu bölmədə