Simsar.az | bizi özünüzə Simsar bilin
Maradonaya yeni təkliflər gəldi

Argentina milli komandasının keçmiş baş məşqçisi Dieqo Maradonaya futbol klubunda rəsmi nümayəndə vəzifəsini təklif edəcək

Bir müddət öncə İsveçrənin “Ksamaks” futbol klubunu alan çeçenistanlı sahibkar Bulat Çaqayev Argentina milli komandasının keçmiş baş məşqçisi Dieqo Maradonaya futbol klubunda rəsmi nümayəndə vəzifəsini təklif edəcək.

Simsar.az-ın “Le Matin” nəşrinə istinadən verdiyi məlumata görə, Maradona klubun baş məşqçisi də təyin oluna bilər. 

51 yaşlı argentinalı mütəxəssisin konkret səlahiyyətlərinin nədən ibarət olacağı məlum deyil. Çaqayevlə Maradona arasında danışıqlar mayın 12-də “Ksamaks”ın oynadığı Nevşatel şəhərində aparılacaq. Bu görüş Rusiyanın Qroznı şəhərində “Terek” futbol klubunun yeni stadionunun açılışına həsr olunmuş yoldaşlıq matçının ertəsi gün baş tutacaq. Maradona da həmin oyunda iştirak edəcək. “Terek”in vitse-prezidenti məhz Çaqayevdir.

11 May, 2011  05:30 Baxılıb: 1301

Bu bölmədə