Simsar.az | bizi özünüzə Simsar bilin
7 həbsxana tikilir

 "Penitensiar Xidmət əməkdaşlarının məhkumlarla münasibətinin yaxşı olmasına, beynəlxalq qurumlardan monitorinqə gələn nümayəndələr heyran qalır"

“Hazırda Azərbaycanda müasir standartlara cavab verən 7 cəzaçəkmə müəssisəsi tikilir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib. Həmin müəssisələrin yaxın vaxtlarda istifadəyə veriləcəyini qeyd edən nazir müavini onların bütün avadanlıqlarla təchiz olunduğunu deyib. 
Xidmət rəisi Azərbaycanda cəzaçəkən xəstə və əlil məhkumların şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin davam etdirildiyini bildirib: “Bizdə bu məsələlərlə bağlı komissiya yaradılıb. Həmin məhkumların ailələrinin xahişləri, məhkumların şikayətlərinə baxılır. Çalışırıq ki, şəraiti daha da yaxşılaşdıraq. Azərbaycanda Penitensiar Xidmət əməkdaşlarının məhkumlarla münasibəti çox yaxşıdır. Hətta beynəlxalq qurumlardan monitorinqə gələn nümayəndələr də buna heyran olurlar. Bu da bizim mentalitetimizdən irəli gəlir. Avropa və Amerikada belə münasibət yoxdur”.

10 May, 2011  20:01 Baxılıb: 2004

Bu bölmədə