Simsar.az | bizi özünüzə Simsar bilin
BDU-nun tələbə yataqxanaları hələ boşaldılmır

Masazırda binaların tikintisinə başlanılmayıb

Laçından olan məcburi köçkünlər üçün Ağcabədi rayonunun Taxtakörpü ərazisində 500-dən çox fərdi evdən ibarət qəsəbə salınır.

Bütün infrastrukturla birgə qəsəbə 2-3 aya təhvil veriləcək. APA-nın məlumatına görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Goranboy rayonunda beşmərtəbəli 9 binanın tikintisinin də davam etdirildiyini deyən Ə. Həsənov bu işlərin bu il tamamlanacağını vurğulayıb: “Naftalan şəhərinin sanatoriyalarında məskunlaşmış məcburi köçkünlərin hamısı həmin evlərə köçürüləcək”.

Dövlət Komitəsinin sədri yaxın günlərdə respublikanın müxtəlif bölgələrində daha 10 doqquzmərtəbəli binanın tikintisinə başlanacağını bildirib: “Bu il əsas tikintilər bunlardır”.

Ə. Həsənov büdcəyə gözlənilən dəyişiklər zamanı məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə əlavə vəsaitin ayrılacağını qeyd edib: “Həmin vəsait hesabına BDU-nun tələbə şəhərciyindəki iki yataqxanada məskunlaşmış məcburi köçkünlərin köçürülməsi üçün Masazırda ayrılmış ərazidə binaların tikintisinə başlanacaq”.

10 May, 2011  17:47 Baxılıb: 1165

Bu bölmədə