Simsar.az | bizi özünüzə Simsar bilin
Bəndvurma işləri davam edir

Abid Şərifov: "Ən təhlükəli yerlərdə işlər başa çatmayıb"

Simsar.az-ın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib. A. Şərifov bildirib ki, mayın 1-2-ə olan məlumata görə, 600 km-ə yaxın ərazidə bəndvurma aparılıb, işlər davam etdirilir: “Ən təhlükəli yerlərdə işlər hələlik başa çatmayıb. Həm Kür, həm Araz, həm də daşqın təhlükəsi olan dağ çayları ətrafında bəndlər tikilir. Bu məsələ Prezidentin yaratdığı komissiyanın ciddi nəzarətdədir”. 

A. Şərifov ötən il seldən zərər çəkənlər üçün evlərin tikintisinin də davam etdirildiyini deyib. O, təmirə ehtiyacı olan evlərin sayının çox olduğunu da vurğulayıb.

10 May, 2011  17:10 Baxılıb: 1113

Bu bölmədə