Simsar.az | bizi özünüzə Simsar bilin
Həftəlik yol qəzasında 6 nəfər ölüb, 21 nəfər yaralanıb

985 piyada məsuliyyətə cəlb edilib

Ölkə ərazisində keçirilən “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi başa çatıb. 

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, həftəlik ərzində piyadaların vurulması ilə bağlı baş vermiş 25 yol-nəqliyyat hadisəsi zamanı 6 nəfər ölüb, 21 nəfər yaralanıb.

Məlumata görə, 1 piyadanın ölümü, 13-ün yaralanması ilə nəticələnən qəzalardan 12-si paytaxtda, 5 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən 13 yol-nəqliyyat hadisəsi isə respublika rayonlarında qeydə alınıb. Tədbir ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 985 piyada inzibati məsuliyyətə cəlb edilib.

10 May, 2011  16:42 Baxılıb: 1126

Bu bölmədə