Simsar.az | bizi özünüzə Simsar bilin
Polis mayoru yol qəzasında öldü

Mayın 9-da Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Xətai rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, 1965-ci il təvəllüdlü Abbasov Natiq Qiyas oğlunun idarə etdiyi 21 BC 606 nömrə nişanlı “Mercedes” yolun əks istiqaməti ilə hərəkət edən və 1975-ci ildə anadan olmuş Sumqayıt sakini Binyətov Mübariz Cəlal oğlunun sürdüyü digər “Mercedes”lə toqquşub.

Nəticədə N.Abbasov hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, həlak olmuş N.Abbasov Su Nəqliyyatında Polis İdarəsinin Zığ Xətt Bölməsinin məsul növbətçisi, polis mayorudur.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb. Qəzanın səbəbləri araşdırılır.

10 May, 2011  15:16 Baxılıb: 1232

Bu bölmədə