Simsar.az | bizi özünüzə Simsar bilin
Atəşkəs pozuldu

İtki yoxdu

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 9-da saat 19.50-dən 19.55-dək və mayın 10-da saat 00.30-dan 00.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, mayın 9-da saat 14.25-dən 14.50-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

10 May, 2011  15:12 Baxılıb: 1126

Bu bölmədə