Simsar.az | bizi özünüzə Simsar bilin
Samir Şərifov: “Bununla bağlı prezident tapşırıq verib”

Əmək haqları, pensiyalar, təqaüdlər və sosial müavinətlər artırılacaq

“Əmək haqları və pensiyaların artırılması ilə bağlı müəyyən islahatlar aparılır. Bununla bağlı prezident tapşırıq verib”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. Nazir digər sahələrdə də artımın olacağını deyib: “Təqaüdlər və sosial müavinətlərə yenidən baxılacaq. Müəyyən artımlar ediləcək”.

Samir Şərifov bir sıra sosial layihələrin həyata keçiriləcəyini də bildirib: “Bakı ətrafı kəndlərin və qəsəbələrin abadlaşdırılması, infrastrukturun yenidən qurulması, su, kanalizasiya problemlərinin həll olunması yolların və qəzalı məktəblərin təmiri nəzərdə tutulub. Bu problemlərin həlli üçün müəyyən vəsait ayrılıb”.

9 May, 2011  18:56 Baxılıb: 1119

Bu bölmədə