Simsar.az | bizi özünüzə Simsar bilin
"Qəbələ" Vurğun Hüseynova görə 200 min dollar xərclədi

Milli üzvünün transferi reallaşdı

Vurğun Hüseynovun transfer qiyməti müəyyənləşib. Fanat.az-ın əldə etdiyi məlumata görə, "Turan"ın kapitanı "Qəbələ"yə 200 min dollara transfer olunub.
Artıq "Turan"la "Qəbələ" klubu arasında anlaşma əldə olunub və 23 yaşlı müdafiəçi yeni müqaviləyə imza atıb. Anlaşmaya əsasən millinin üzvü qarşıdakı üç ildə "Qəbələ"nin uğurları üçün tər tökəcək.
Qeyd edək ki, "Qəbələ" yayda da Vurğunu heyətinə qatmaq istəyirdi. Lakin həmin vaxt "Turan"ın prezidenti Musa Süleymanov qarşı tərəfdən 300 min dollar tələb etdiyindən, transfer baş tutmamışdı.
"Qəbələ" bundan əvvəl millinin daha bir üzvünü - Mahir Şükürovu heyətinə qatmışdı.

7 May, 2011  21:34 Baxılıb: 1308

Bu bölmədə