Simsar.az | bizi özünüzə Simsar bilin
"Hicab aksiyası"na qoşulanların işi məhkəmədə

Cəmi 45 nəfər saxlanılıb

Mayın 6-da bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında hicaba qadağa qoyulmasına etiraz edərək keçirdiyi aksiyada saxlanılanlardan 25 nəfərinin işi məhkəmələrə göndərilib. Bu barədə Simsar.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, mayın 6-da Təhsil Nazirliyinin qarşısında qanunsuz aksiya keçirməyə cəhd edən, ictimai qaydanın pozan hərəkətlərə yol verən və polisin qanuni tələbinə tabe olmadan müqavimət göstərən 45 nəfər saxlanılıb. Onlardan 20 nəfərinə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 25 nəfəri barəsində isə toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib.

7 May, 2011  19:12 Baxılıb: 1091

Bu bölmədə